U-19 Qəbələdə ikinci yoxlama görüşünə çıxacaq
22.03.2025 - 13:08
U-19 Qəbələdə ikinci yoxlama görüşünə çıxacaq

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirəcək.

Apasport.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Oyun saat 17:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatıb.