U-21 millimiz Moldova yığmasını məğlub edib - YENİLƏNİB
22.03.2025 - 22:57
U-21 millimiz Moldova yığmasını məğlub edib - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.  

Apasport.az xəbər verir ki, U-21 yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Milli komandamız rəqibini 2:0 hesabı ilə məğlub edib.  

Yoxlama oyunu

Azərbaycan (U21) - Moldova (U21) 2:0