Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında VII tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, 12 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Əhməd Xaqan 7 oyundan 6,5 xal toplamaqla liderliyini davam etdirir.
İkinci pillədəki Türkiyə təmsilçisi Yigit Karaca həmyerlimizdən yarım xal geri qalır.
16 yaşlı oğlanların turnirində Cahandar Azadəliyev 5,5 xalla ikinci pillədə qərarlaşıb. Bu yaş kateqoriyasında lider olan polşalı Jan Malek şahmatçımızı 1 xal qabaqlayır.
10 yaşlı qızların yarışında iki iştirakçı eyni xal toplayıb. Marianta Lampou (Yunanıstan) və Azərbaycan şahmatçısı Leyla Mirzəliyeva hərəyə 6,5 xal toplayaraq ilk pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparır.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib