Ümumdünya Yay Universiadasına yekun vurulub
27.07.2025 - 22:49
Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasına yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan komandası tələbə oyunlarını dörd medalla başa vurub.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib. Digər medalı isə Universiadada ikinci yeri tutan cüdoçu Elcan Hacıyev qazanıb.
Beləliklə, Azərbaycan iki qızıl və iki gümüş medalla Universiadanı ölkələrin ümumi sıralamasında 24-cü pillədə tamamlayıb.
Qeyd edək ki, ilk üç pilləni, müvafiq olaraq, Yaponiya (34 medal), Çin (30) və ABŞ (28) tutub.
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0