Üzgüçülər Qusara toplaşır
23.01.2023 - 15:20
Qusar Olimpiya İdman Kompleksində “2 Fevral – Gənclər Günü”nə həsr olunan üzgüçülük yarışı keçiriləcək.
Apasport.az saytının məlumatına görə, 2010-2017-ci il təvəllüdlü oğlan və qızlar arasında gerçəkləşəcək açıq birincilik Sumqayıt və Qusar Olimpiya İdman Komplekslərinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Turnir üzgüçülük idman növünün təbliği, inkişafı və kütləviliyinə nail olunması məqsədi ilə təşkil edilib.
Beynəlxalq Üzgüçülük Federasiyasının mövcud qaydaları çərçivəsində keçiriləcək turnirdə ilk üç yeri tutan idmançılar diplom və medallarla təltif olunacaq.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0