Üzgüçülük üzrə Azərbaycanın açıq qış çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən turnirdə 15 müxtəlif klub və idman cəmiyyətlərindən 150 FINA xalı olan 240-a yaxın idmançı gücünü sınayacaq.
Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, 50,100, 200 metr məsafələrdə arxasıüstə, brass və batterfley üsullarda mübarizə aparacaqlar.
Bakı Su İdmanı Sarayında təşkil olunan yarış 4 gün davam edəcək.
Çempionatda Gürcüstanın "Tbilisi" komandasının idmançıları da çıxış edəcəklər. Açılış mərasimi noyabrın 28-də, saat 09:45-də başlayacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”