Vadji rəsmən “Sent-Etyenn”də
30.08.2022 - 11:10
“Qarabağ”ın hücumçusu İbrahima Vadjinin “Sent-Etyenn”ə transferi rəsmiləşib.
Apasport.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Seneqallı forvard Liqa2 təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Həmçinin “Qarabağ” da forvardı ilə vidalaşıb.
Fransa mətbuatının iddiasına görə, bu transfer Azərbaycan çempionuna təxminən 1,5 milyon avro xeyir verəcək.
Qeyd edək ki, İbrahima Vadji “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub, 4 məhsuldar ötürmə verib.
- Litvada şəhidlərin xatirəsi yad edildi
- Şəhid jurnalistlərin xatirəsinə həsr edilən V minifutbol turniri start götürüb
- Azərbaycanda işləmiş baş məşqçi Gürcüstan millisində - RƏSMİ
- Mahir Emreli: “Sabah yaxşı nəticə qazanacağımıza inanırıq”
- Ayxan Abbasov: “Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır”
0
0