Vaqif Cavadov: “Bundan sonra nəticə özü gələcək”
26.10.2024 - 20:58
Vaqif Cavadov: “Bundan sonra nəticə özü gələcək”

Misli Premyer Liqasının XI turunun "Səbail" - "Sumqayıt" matçından (0:1) sonra qonaqların baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

"Komandama təşəkkürümü bildirirəm. Yaxşı, mübarizəli oyun getdi. Həm oyun, həm də istək baxımından rəqibi üstələdik. Buna görə də qələbə qazandıq. Yolumuza davam edəcəyik". 

- 70-ci dəqiqədən sonra komandanız geriyə çəkildi. Bu, yorğunluqdan idi?
- Heç bir yorğunluq yox idi. Sadəcə olaraq komanda uduzmaq istəmirdi. Rəqib öz meydanında oynayırdı. Bunun da təzyiqi var idi. İkinci hissədə daha çox əks-hücumda oynamağa çalışırdıq. İstifadə edə bilmədiyimiz bir neçə qol epizodu oldu. Amma komandam mübarizə apardı. Futbolçuların hər birinə təşəkkür edirəm. İstəyi sona qədər qorudular və lazım olan 3 xalı qazandılar.

- Ötən oyunla müqayisədə taktiki planda hansı dəyişikliklər etdiniz?
- "Turan Tovuz"la matçda müdafiəyə daha çox çəkilmişdik. Buna görə orta xəttdə boşluqlar yaranırdı. Amma bu oyun tam başqa idi. Hücumda daha çox oynadıq. Rəqibləri təhlil edirik. Öz oyunumuzu pillə-pillə artırmaq istəyirik. Bundan sonra nəticələr özü gələcək.

0