Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş "Tata Steel Chess" turnirində məlum olub.
Vüqar Həşimov Şahmat Fondundan apasport.az saytına verilən məlumata görə, bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən şahmatçılar təltif ediliblər.
Fond tərəfindən təsis edilən mükafat əsas turnirdə mübarizə aparan almaniyalı Vinsent Kaymer və "challenge"in iştirakçısı türk Mustafa Yılmaza verilib. Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.
Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib