Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” bu gün avrokuboklarda ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, ölkəmizi “Çağırış kuboku”nda təmsil edən komanda 1/32 finalda Slovakiyanın “TJ Spartak Miyava” ilə üz-üzə gələcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşma komandamızın qələbəsi ilə yekunlaşıb. “Xarı Bülbül Şuşa” hər üç setdə rəqibindən üstün oynayıb.
Qeyd edək ki, komandalar arasında razılaşmaya əsasən, cabam matçı da Bakıda keçiriləcək. Oyun sabah baş tutacaq.
Çelenc kuboku
1/32 final, ilk oyun
25 oktyabr
18:00. “Xarı Bülbül Şuşa” (Azərbaycan) - “TJ Spartak Miyava” (Slovakiya) - 3:0 (25:23, 25:21, 27:25)
Bakı. Voleybol Mərkəzi
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib