Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandası və "Synergy Baku" kontinental komandasının üzvü Tural İsgəndərov İtaliyada 23 yaşadək velosipedçilər arasında təşkil olunan birgünlük "Custoza" Qran-Prisində mübarizə aparıb. Apasport.az saytının məlumatına görə, kifayət qədər çətin marşrutu ilə diqqət çəkən yarış velosipedçimizin uğurlu çıxışı ilə yadda qalıb.
111 idmançının qatıldığı 125 km-lik mübarizənin yekununda yalnız 18 velosipedçi finiş xəttinə yetişə bilib ki, onların arasında həmvətənimiz də var. Tural yarış qalibindən 2 dəqiqə, 20 saniyə geri qalmaqla 10-cu nəticə göstərib və təşkilatçılar tərəfindən xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, velosipedçimiz sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da mübarizə aparacaq və bu yürüşlər ilin əsas yarışına hazırlıq xarakteri daşıyır.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib