Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə birinci Avropa Oyunları barədə ətraflı fikir mübadiləsi aparılıb. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunlarının ilk günlərində maraqlı yarışların olduğunu dedi. O, “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminin çox təntənəli keçdiyini vurğulayıb.
Prezident İlham Əliyev Tomas Baxın birinci Avropa Oyunlarına hərtərəfli dəstəyini xüsusi qeyd edərək bu amilin Oyunların əhəmiyyətini daha da artırdığını deyib. Dövlət başçısı birinci Avropa Oyunlarının ilk günündə Azərbaycan idmançılarının bir neçə medal qazanmasının önəmini qeyd edərək Azərbaycan Milli Olimpiya Komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfələr verdiyi qeyd olunub. Mötəbər beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinin bunun yaxşı nümunəsi olduğu vurğulanıb.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib