İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatının 6-cı turu start götürüb. Apasport.az saytının məlumatına görə, həm kişi, həm də qadınlardan ibarət millimiz növbəti oyunlarını keçiriblər.
Aleksandr Xalifmanın rəhbərlik etdiyi kişi yığmamız Hollandiyaya qalib gəlib. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun heç-heçə oynadığı qarşılaşmada Arkadi Naydiçin qələbəsi millimizin yekun hesabda qalib gəlməsini təmin edib.
Fikrət Sideyifzadənin kapitanlıq etdiyi qadınlardan ibarət seçmə komandamız isə polşalı həmcinslərinə uduzublar.
Avropa çempionatı
VI tur
19 noyabr
Kişilər
Azərbaycan – Hollandiya - 2.5:1.5
Şəhriyar Məmmədyarov – Anşi Qiri - 0.5:0.5
Teymur Rəcəbov – Ervin Lami - 0.5:0.5
Arkadi Naydiç – İvan Sokolov - 1:0
Rauf Məmmədov – Sergey Tivyakov - 0.5:0.5
Qadınlar
Azərbaycan – Polşa - 1.5:2.5
Zeynəb Məmmədyarova – Monika Soçko - 0:1
Gülnar Məmmədova – İveta Raylix - 0.5:0.5
Nərmin Kazımova – Karina Şepkovska-Xorovska - 1:0
Xəyalə Abdulla – İonna Maydan-Qaevska - 0:1
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib