AÇ-2016-nın 1/8 final mərhələsində İspaniyanı 2:0 hesabıyla məğlub edən İtaliyanın müdafiəçisi Corco Kyellini oyunla bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, oyunda "skuadra adzurra"nın qələbəsinə bir qolla töhfə verən Kyellini İspaniyadan qisas aldıqlarını deyib: "Vyana, Kiyev, Fortaleza... Bütün bu oyunların qisasını aldıq. İspaniyanın öhdəsindən gəlməyimiz bir qədər uzun çəkdi.
Son 15 dəqiqədə xüsusilə çətin oldu. Qol epizodunda cəld hərəkət etdim. Ümumiyyətlə, qolu kimin vurmasının heç bir əhəmiyyəti yoxdu. Bu oyunu bütün komanda qazandı. İspaniya kimi illərdi Avropada dominantlıq edən komandanı məğlub etdiyimizə görə şadam".
“Yuventus”un müdafiəçisi 1/4 finalda qarşılaşacaqları Almaniya barədə də danışıb: "Almaniyaya qarşı oyun çox çətin olacaq. Bu komanda turnirin favoritlərindən biridi. Mart ayında bizə çox ağır dərs vermişdilər. Almaniyaya qarşı oyunda bugünkündən də yaxşı oynamalıyıq".
Qeyde edək ki, Almaniya – İtaliya oyunu iyulun 2-də, saat 23:00-da start götürəcək.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM