Taekvondoçu gənclərdən ibarət Azərbaycan millisi Serbiya səfərinə çıxır. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, dünya birinciliyi öncəsi son yarışa qatılacaq komandamız bu gün Belqrada yollanır.
Belə ki, təlim-məşqləri başa vuran yığmamız G1 kateqoriyalı beynəlxalq yarışda 12 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Məmməd Abdullayev “Serbia Open”də Bəhruz Quluzadə, Ayaz Qənbərli (45 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacəliyevaya (55 kq) şans verəcək.
Oktyabr 29-30-da baş tutacaq sayca 15-ci birincilik Belqradın “Pionir” idman arenasında keçiriləcək. Taekvondoçularımız oktyabrın 31-də vətənə dönəcək.
Qeyd edək ki, millimiz noyabrın 16-20-də Kanada da təşkil ediləcək gənclər arasında dünya birinciliyinə qatılacaq.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM