Xorvatiyada velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubu tərəfindən “Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi həyata keçiriləcək.
Azərbaycanın Xorvatiyadakı səfirliyindən apasport.az saytına verilən məlumata görə, layihəyə əsasən, 7 velosipedçinin mayın 5-də Xorvatiyanın Dubrovnik şəhərindən yol çıxaraq, təqribən 4000 kilometr məsafə qət etdikdən sonra Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi planlaşdırılır. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüş Xorvatiya-Monteneqro-Albaniya-Makedoniya-Yunanıstan-Bolqarıstan-Türkiyə-Gürcüstan-Azərbaycan marşrutu üzrə baş tutacaq.
“Pedalinac” klubu 2008-ci il Olimpiadası ərəfəsində Zaqreb-Pekin marşrutu üzrə 12 min kilometrlik uzunluğunda dörd aylıq veloyürüş təşkil etmişdi. Daha sonra - 2012-ci London və 2014-cü il Soçi olimpiadalarından əvvəl Xorvatiyadan həmin şəhərlərə də velosiped yürüşləri həyata keçirilmişdi.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib