Serbiyanın paytaxtı Belqradda keçirilən kikboksinqin WAKO versiyası üzrə XX dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması mundialın 1-i qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla 7 medalını qazanıblar.
Millimizin əldə etdiyi bu mükafatlardan 4-ü "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdu. Onlardan 2-si – Anar Məmmədov (51 kq) və Ehram Məcidov (+94 kq) finala qədər irəliləyiblər. Təəssüf ki, onların hər ikisi həlledici mərhələdə məğlub olublar. K-1 üslubunda döyüşən Anar Məmmədov ukraynalı Aleksey Serdyuka, kik-layt üslubunda çıxış edən Ehram Məcidov isə Polşa təmsilçisi Mixal Blaçeviçə yenilib.
Lou-kik üslubunda mübarizə aparan Çingiz Əhmədzadə (51 kq) və Ramiz Məmmədov (54 kq) isə dünya çempionatını 3-cü yerdə başa vurublar.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib