Azərbaycan cüdoçuları 2015-ci ilə fiasko ilə başlayıblar. Apasport.az saytının məlumatına görə, bu uğursuzluq Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran-pri turnirində qeydə alınıb.
Belə ki, ilk yarış günündə tatamiyə çıxan yığmamızın 4 idmançısı birinci görüşündəcə məğlubiyyətə üzülüb. Təmsilçilərimizdən 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov fransalı Sofian Milu qarşısında cəmi 69 saniyə duruş gətirə bilib. Onunla eyni çəkidə yarışan İlqar Müşkiyev Belarusun şərəfini qoruyan həmyerlimiz Arif Bağırova uduzub.
66 kq çəki dərəcəsində gücünü yoxlayan Nicat Şixəlizadə isə rusiyalı Yakub Şamilov qarşısında aciz qalıb. Zədədən yeni qayıdan Qran-prinin qalibi 145 saniyəyə ippona düşüb. Şixəlizadə ilə eyni çəkidə tatamiyə çıxan Tərlan Kərimov da eyni aqibəti yaşayıb. O, sloveniyalı Adrian Qombotsa uduzaraq, yarışla vidalaşıb.
Qeyd edək ki, fevralın 22-də başa çatacaq yarışda Hacıağa Hacıəhmədovun yetirmələrindən Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Rüstəm Alimli, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) də nəyə qadir olduğunu nümayiş etdirəcək.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib