Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının iki üzvü yarımfinala vəsiqə qazanaraq, yarışın medallarını özlərinə təmin ediblər.
Avropa çempionu Yelena Vıstropova (69 kq) 1/4 finalda ABŞ təmsilçisi Danielle Volf üzərində qələbə qazanıb -2:1. Boksçumuz yarımfinalda Panama idmançısı Athena Bilonla qarşılaşacaq.
60 kq çəki dərəcəsində çıxış edən Yana Alekseyeva da yarımfinala yüksəlib. Milli komandamızın üzvü 1/4 finalda avstraliyalı Şelli Votsu mübarizədən kənarlaşdırıb – 3:0. Alekseyevanın növbəti rəqibi Fransa təmsilçisi Estell Mosseli olacaq.
Anna Əlimardanova isə (54 kq) 1/4 finalda uduzaraq, medal qazanmaq şansını itirib. Millimizin üzvü türkiyəli Ayşə Taşa məğlub olub – 0:3.
Yarımfinal görüşləri noyabrın 23-də, finallar isə bundan bir gün sonra olacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib