İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. Apasport.az Boks Federasiyasının saytına istinadən məlumat verir ki, Azərbaycan millisinin yarımfinala yüksələn 2 boksçusu bu mərhələni də qələbə ilə başa vurub.
Belə ki, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Casla üz-üzə gəlib. Boksçumuz rəqibinə heç bir şans verməyib və 5:0 (30:24, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə qələbə qazanıb. O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq.
Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənov da adını finala yazdırıb. Həmyerlimiz yarımfinalda şotlandiyalı Samuel Hikkini mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 (28:29, 28*:28, 30:27, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Həsənov çempionluq uğrunda rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.
Qeyd edək ki, final döyüşləri bu gün keçiriləcək.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb