Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Peter Zayzenbaher Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Qran-pri öncəsi 3 idmançını yığmamızdan kənarlaşdırıb.
Belə ki, avstriyalı mütəxəssis İlqar Müşkiyevi (60 kq) Vüqar Şirinli ilə əvəzləyib. Bu dəyişikliyin zədə səbəbindən reallaşdığı bildirilir. Həmçinin, Almaniyaya Şahin Qəhrəmanovun (90 kq) əvəzinə Ramin Qurbanovun aparılması qərara alınıb. Onlardan fərqli, fevralın 19-20-də baş tutacaq yarış üçün sifariş olunan Şəhanə Alməmmədova (57 kq) heyətdən çıxarıldıqdan sonra kiminləsə əvəzlənməyib.
Nəticədə Qran-pridə ölkəmizin şərəfini Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) qoruyacaq.
Qeyd edək ki, yarışın püşkatması bu gün olacaq.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib