Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində yarımfinalçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 6 üzvü yarımfinala vəsiqə qazanmaqla, ən azı bürünc medalı özlərinə təmin ediblər.
46 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Rüstəmov Rusiya idmançısı Pavel Ryasnı üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz yarımfinalda Belarus təmsilçisi Yevgeni Karmilçiklə qarşılaşacaq.
Hacı Dilbazov da (75 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurub. Boksçumuz ukraynalı İvan Çubreviçevi mübarizədən kənarlaşdırıb. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Valid Kakayevlə üz-üzə gələcək.
63 kq çəki dərəcəsində çıxış edən Pərviz Quliyev Macarıstan təmsilçisi Mark Kontreç üzərində qələbə qazanıb – 2:1. Quliyevin yarımfinalda rəqibi İsa Yevloyev (Rusiya) olacaq.
Bəxtiyar Qazıbəyov (57 kq) Şotlandiya nümayəndəsi Kallium Stüartla döyüşdən qalib ayrılıb – 3:0. Boksçumuz yarımfinalda almaniyalı Jabs Qermannla görüşəcək.
70 kq çəki dərəcəsində mübarizə aparan Rasim Çobanlı da yarımfinalda çıxış edəcək. Belarus idmançısı Mikita Krasnabayev üzərində qələbə qazanan Çobanlı növbəti mərhələdə şotlandiyalı Villiyam Hatçinsonla döyüşəcək.
Qeyd edək ki, buna qədər Məhəmməd Abdullayev də (+80 kq) yarımfinala vəsiqə əldə etmişdi. Abdullayev yarımfinalda ukraynalı Vyaçeslav Qavrilyukla görüşəcək.
Final uğrunda görüşlər noyabrın 7-də keçiriləcək. Avropa birinciliyinə isə ayın 8-də yekun vurulacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib