Beynəlxalq İdman Atıcılıq Federasiyası ilin ilk reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, yanvar ayı üçün müəyyənləşən cədvəldə Azərbaycan snayperləri də yer alıblar.
Yığmamızın üzlərindən ən yaxşı nəticə Ruslan Lunyova məxsusdu. Rio Olimpiadasının iştirakçısı həm 25 m, həm də 10 m məsafələrə kiçikçaplı tapançalardan atəşaçmada 20-cidi. O, 50 m məsafədən hədəfi nişanalmada isə 61-ci pillədə qərarlaşıb.
Güllə atıcılarımızdan “100-lüyə” onunla yanaşı, Nigar Nəsirova da düşüb. O, 10 m məsafədə 37-ci, 25 m-də isə 94-cü yerdədi.
Stend atıcılarımızdan isə Nurlana Cəfərov öndədi. Skit növündə dəqiqliyini yoxlayan idmançı 31-cidi. Eyni növdə mübarizə aparan Hafiz Cəfərovun yetirmələrindən Emin Cəfərov 76-cı, Regina Meftahətdinova isə 62-cı pilləni tutur.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM