“Hər döyüşə sonuncu sınaq kimi çıxacam”. Apasport.az saytının məlumatına görə, bu sözləri qazaxıstanlı boksçu İvan Dıçko deyib.
Rio Olimpiadasında iştirak edəcək idmançı 91 kq-dan yüksək çəki dərəcəsində döyüşəcək.
Braziliyaya yollanmamışdan öncə ölkəsinin mətbuatına açıqlama verən Dıçko Olimpiya Oyunlarındakı əsas rəqiblərinin adlarını çəkməsə də, onların təmsil etdikləri ölkələri vurğulayıb: “Vladimir Kliçkonu dünyanın ən güclü boksçusu sayıram. Avstriyada onunla birgə keçdiyim məşqlər mənə çox kömək edəcək. Daha çox təcrübəmə və motivasiyaya arxalanacam. Əsas rəqiblərim əvvəlkilər olaraq qalır. Bunlar Azərbaycan, Xorvatiya və Kubadan olan boksçulardı”.
Qeyd edək ki, 26 yaşlı boksçu London Olimpiadasının bürünc mükafatçısıdı.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM