Cənubi Koreyanın Seul şəhərində paralimpiyaçılar arasında keçirilən Ümumdünya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, "Neftçi İdman Klubunun üzvləri yarışda daha 2 qızıl və 1 gümüş medal qazanıb.
Belə ki, 400 m məsafəyə qaçış yarışlarında Elmir Cəbrayılov finiş xəttinə birinci çatıb. 100 m məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında idmançılarımız Dmitri Saley qızıl, Ruslan Saley isə gümüş medala sahib olub.
Bununla, Azərbaycan idmançılarının Cənubi Koreyada qazandıqları mükafatların sayı 9-a çatıb (4 qızıl, 3 gümüş və 2 bürünc medal).
Qeyd edək ki, medalların hamısı "Neftçi İdman Klubunun aktivindədi.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib