“Qəbələ” İdman Klubu Gənclər və İdman Nazirliyi tərəfindən 2016-cı ilin idman klubu seçilib. Apasport.az saytının məlumatına görə, “Buta Palace”də ilin idman yekunlarına həsr olunmuş tədbirdə əyalət klubu da mükafatlandırılıb.
Buna idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsi, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının əldə etmiş olduğu ilk və bir çox lisenziyanı, o cümlədən medalları qazanması, digər idman uğurları səbəb olub.
Qeyd edək ki, Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə fəxri diplomla təltif edilənlər sırasında klubun boksçusu Kamran Şahsuvarlı və Lorenzo Sotomayor, həmçinin taekvondoçusu Milad Beiqi Harçeqani də olub. Karate üzrə dünya çempionu Rafael Ağayev isə “İlin ən yaxşı idmançısı” nominasiyasındakı qaliblərdən biri kimi təltif edilib.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib