“Qarşıma çempion olmağı məqsəd qoymuşdum. Şükürlər olsun ki, qızıl medalı qazandım. Rəqiblərimin bir-ikisi ilə qarşılaşmışdım. Ən çətin görüşlərim gürcü və rus güləşçilərlə oldu. Gürcüstan güləşçisi ilə keçən il dünya çempionatında görüşmüşdüm. Rus idmançı ilə isə ilk dəfə idi qarşılaşırdım. Finalda qızılı əldən verməyi fikirləşmirdim”. Apasport.az saytının xəbərinə görə, bunu yunan-Roma güləşi üzrə yığmamızın üzvü Elvin Mürsəliyev deyib.
I Avropa Oyunlarında 75 kq çəki dərəcəsində mübarizə aparan Mürsəliyev qızıl medal uğrunda görüşdə Serbiya təmsilçisi Viktor Nemes üzərində qələbə qazanıb. E. Mürsəliyev qələbəni anasına həsr etdiyini bildirib: “Qələbəni anama həsr edirəm. Hər bir idmançının arzusu I Avropa Oyunlarında medal qazanmaqdı. Mən də qızıl medalı qazanmaqla adımı Azərbaycan tarixinə yazdım”.
İdmançımız dövlət başçısı İlham Əliyevə də təşəkkür edib: “Cənab prezidentin bizə göstərdiyi diqqət və qayğı göz önündədi. Dövlət başçısına öz təşəkkürümü bildirirəm. Tamaşaçılar da sağ olsunlar ki, gəlib sona qədər bizə dəstək verdilər. Bu qızıl medalı onlara hədiyyə edirəm”.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib