“Yarışda 4 komanda ilə qarşılaşdıq. Onların hamısı çox güclü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri cüdoçumuz Rüstəm Orucov deyib.
Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında bu gün cüdo yarışlarına yekun vurulub. Mübarizənin son günündə komanda yarışları keçirilib. Finalda Əlcəzair üzərində 3:2 hesablı qələbə qazanan kişi cüdoçularımız qızıl medala yiyələniblər.
73 kq çəki dərəcəsində mübarizə aparan Orucov rəqibinə yenilməsinə baxmayaraq, ümumi nəticədən sevincli olduğunu vurğulayıb: “Bütün güclü komandalar bizim qrupa düşmüşdü. Buna baxmayaraq, çempion olduq. Çiynim və qolum əzilmişdi. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Az qala ağlayacaqdım. Komanda uduzsaydı, məğlubiyyətin səbəbini özümdə görəcəkdim. Amma şükür Allaha, Uşanqi Kokauri mənim səhvimi düzəltdi, nəticədə çempion olduq”.
Finaldakı uğura qələbə ilə töhfə verən Nicat Şıxəlizadə (66 kq) də Kokauriyə minnətdarlıq edib: “Əlcəzairlə final görüşümüz gərgin mübarizə şəraitində keçdi. Hesab 2:2 idi və son görüşdə komanda yoldaşımız Uşanqi Kokauri qələbənin sevincini bizə yaşatdı. Çox yüksək səviyyədə hazırlıq keçmişdik”.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM