Finlandiyanın Rovaniemi şəhərində veteran ağır atletlər arasında dünya çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda 58 ölkədən 500 idmançı qalib adı uğrunda mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun təmsilçisi Vaqif Müsadiq (77 kq) 60-64 yaş qrupunda birdənqaldırmada 88 kq, təkanla qaldırmada isə 108 kq nəticə göstərərək dünya çempionu olub. Bununla da o, ilkə imza atmış olub. Belə ki, klubun təmsilçisi Azərbaycan ağır atletika idmanı tarixində veteranlar arasında 60 yaşına çatmış ilk dünya çempionu olub.
Qeyd edək ki, Müsadiq artıq 45 ildir ki, "Neftçi İdman Klubu”nda fəaliyyət göstərir.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı