Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Qazaxıstanda təşkil olunan "Tour of Almaty" veloyürüşündə mübarizə aparıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı birgünlük yarışında komandamızın heyətində Elçin Əsədov, Elgün Əlizadə, Maksim Averin, Markus Eybeger, Tural İsgəndərov, Samir Cəbrayılov, Matey Müqerli və Aleksandr Surutkoviç çıxış edib.
"Astana", "Katyuşa" və "RusVelo" kimi Pro-Tur və Pro-Kontinental komandaların mübarizə apardığı turnirdə iştirakçılar 31 km-lik marşrut boyunca 6 dövrə vurublar. Nəticələrə gəlincə, ilk “onluq”da "Synergy Baku"nun 2 üzvü yer alıb - Matey Müqerli 7-ci, Markus Eybeger isə 9-cu yeri tutub.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib