[b]AİBA prezidenti Bakıya gəlir[/b]
03.06.2016 - 11:25
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu Azərbaycana gələcək. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib.
O bildirib ki, AİBA prezidenti iyunun 16-da Bakıda olacaq. Vunun ölkəmizə səfərinin məqsədi paytaxtımızda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirini canlı izləməkdi.
Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turniri iyunun 16-dan 25-dək keçiriləcək. Yarışa 105 ölkədən 460 boksçunun gəlişi gözlənilir.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0