Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından əvvəl hamilə olduğu üzə çıxan və bu səbəbdən ağır atletika üzrə qadınlardan ibarət yığma komandamızdan uzaqlaşdırılan Xumar Məmmədova ana olub. Apasport.az yenicag.az saytına istinadən xəbər verir ki, idmançı mayın 15-də dünyaya oğlan uşağı gətirib.
Məlumatı Məmmədovanın ailə üzvləri də təsdiqləyiblər. Uşağın atasının idmançı ilə eyni kənddən olduğu bildirilir.
Ancaq maraqlıdı ki, bir müddət əvvəl məsələ ilə bağlı apasport.az saytına açıqlama verən Xumarın anası Sevinc Məmmədova qızının hamilə olması ilə bağlı xəbərləri təkzib etmiş, bunu yalan adlandırmışdı: “Mən qızıma inanıram. Onun hamilə olması ilə bağlı deyilənlər yalandır. O, bakirədir, buna adım kimi əminəm və bunu sübut edəcəm. Yığmanın düşərgəsində Kərim Kərimli, Təranə Abbasova və Natalya Prişepaya göstərəcəm ki, qızım tərtəmizdir. Mən övladımdan şübhələnsəydim, onu evdən bayıra buraxmazdım. Bu məqsədlə yaxın günlərdə Bakıya gəlib, hər şeyə aydınlıq gətirəcəm. Hamıya qızımın bakirə olduğunu sübut edəndən sonra qabağımda kim dayana biləcək?!”
Qeyd edək ki, bir müddət əvvəl uşağın atasının xanım idmançının şəxsi məşqçisi Kərim Kərimli olduğu bildirilirdi. Ancaq Kərimli iddia ilə razılaşmayaraq, bunu “quru iftira” adlandırmışdı.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib