Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli tatami sahibi Nikolas Qomes və türkiyəli Əhməd Kabaya qalib gələrək yarımfinala çıxıb. Vüqar yarımfinalda Argentina təmsilçisi Hernan Birbrierdən üstün olub. Finalda isə kanadalı cüdoçu Sergio Pessoanı məğlub edən Şirinli qızıl medal qazanib. Mükafatlandırma mərasimində cüdoçumuzun şərəfinə Azərbaycan himni səsləndirilib.
60 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvü Elbrus Zamanov 7-ci olub.
48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı isə mötəbər turnirdə 5-ci yeri tutub.
Qeyd edək ki, 60 ölkədən 288 (172 kişi, 116 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 7 idmançı ilə təmsil olunur.
(Federasiyanın rəsmi feysbuk səhifəsi)
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı