Atıcılarımız IV İslam Həmrəyliyi Oyunlarında növbəti dəfə seviniblər. Apasport.az saytının məlumatına görə, bu dəfə qarışıq komanda halında dairəvi stend atıcılığı yarışında yığmamızın aktivinə gümüş medal yazılıb.
Belə ki, 24 xal toplayan Emin Cəfərov - Nurlana Cəfərova cütlüyü finalda Bəhreyn snayperlərindən (27 xal) geri qalıb. Bürünc medala türkiyəli atıcılar layiq görülüblər.
Niyaz Ağazadə və Rigina Mehtahəddinovadan ibarət digər azərbaycanlı cütlük isə 3-cü yer uğrunda yarışda məhz türkiyəlilərə məğlub olub.
Qeyd edək ki, bu gün 10 m pnevmatik tapança ilə atəşdə qarışıq komanda yarışında Ruslan Lunyov - Nigar Nəsirova tandemi qızıl medal əldə edib.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM