Avstriyada gənclər arasında Avropa kubokuna start verilib. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın birinci günü Azərbaycan millisi üçün uğurlu olub. Beləki, gənc cüdoçularımız ilk gündə 4 medal qazanıblar.
Natiq Qurbanlı (55 kq), Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) və Murad Heydərli (60 kq) mötəbər turnirin bürünc medallarına sahib olublar.
Digər təmsilçimiz Rüfət Tağızadə (60 kq) isə 5-ci olub.
Qeyd edək ki, 33 ölkədən 511 idmançının (308 oğlan, 203 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (14 oğlan, 2 qız ) ilə təmsil olunur.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM