Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışı davam edir. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, millimiz yarışın ilk günündə aktivinə daha 6 medal yazdırıb.
Fərid Qəzənfərov (50 kq) və İbrahim Əliyev (60 kq) bütün görüşlərini qələbə illə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Elçin Hüseynov (60 kq) Avropa Kubokunun gümüş medalını qazanıb.
Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq) və Yaqub Cavadov (60 kq) mötəbər türnirin bürünc medallarına sahib olublar.
Buna qədər isə Əhməd Yusifov (55 kq) və Şəfəq Həmidova (44 kq) qızıl, Vüsalə Kərimova (40 kq) isə bürünc medala sahib olmuşdu.
Beləliklə, ilk günün nəticəsinə görə Azərbaycan millisi 9 medal qazanaraq komanda hesabında liderliyini qoruyub.
Qeyd edək ki, 29 ölkədən 736 idmançının qatıldığı Avropa Kubokunda millimiz 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunur.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib