Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, dörd boksçumuz yarımfinala yüksəlməklə qitə birinciliyinin medallarını özlərinə təmin edib.
54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov Almaniya idmançısı Noah Fişerlə dueldən qalib ayrılıb – 3:0. Yarımfinala vəsiqə qazanan həmyerlimiz ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Həsənov yarımfinalda ukraynalı İvan Kozyarla qarşılaşacaq.
Bəxtiyar Qazıbəyov da (60 kq) adını yarımfinala yazdırıb. Milli komandamızın üzvü 1/4 finalda latviyalı Edqars Korzenevskisdən üstün olub – 2:1. Boksçumuz yarımfinalda Ermənistan nümayəndəsi Koryan Astyanla üz-üzə gələcək.
Cavid Hüseynov da (48 kq) komandamıza qələbə qazandırıb. Boksçumuz bolqarıstanlı Vensan Kirkorovu mübarizədən kənarlaşdırıb – 3:0. Hüseynov yarımfinalda irlandiyalı Lorkan Hurlekslə görüşəcək.
52 kq çəki dərəcəsində çıxış edən Niyaməddin Allahverdiyev də yarımfinala yüksəlib. Yığmamızın üzvü Ukrayna təmsilçisi Taras Bondarçuk üzərində qələbə qazanıb – 3:0. Allahverdiyev yarımfinalda şotlandiyalı Deklin Daffi ilə qarşılaşacaq.
Bu gün daha 4 boksçumuz 1/4 final mərhələsinin görüşlərini keçirəcəklər.
Qeyd edək ki, boksçularımızdan Elton Məmmədov (57 kq) İsrail, Elgün Abdullayev (66 kq) isə Macarıstan təmsilçilərinə uduzaraq, yarışdan kənarda qalıblar.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib