Bakıda bədii gimnastika üzrə keçirilən Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin gimnastı Marina Durunda iki növdə qüvvəsini sınayıb.
Lentlə hərəkətdə 18,500 xala layiq çıxış edən idmançımız bürünc medal qazanıb. Onun topla hərəkəti isə 17,900 xalla qiymətləndirilib. Marina bu növdə 7-ci yerlə kifayətlənib.
Siyana Vasilyeva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Çelepdən ibarət yığmamız qrup hərəkətləri üzrə iki finalda qüvvəsini sınayıb. Beş lentli hərəkətdə 18,100 xal əldə edən komandamız 5-ci pilləni tutub. “Beşliy”imiz digər finalda – 2 həlqə və 3 gürzlə hərəkətlərdə 17,750 xalla 5-ci olub.
Qeyd edək ki, yığmamızın lideri Marina Durunda çoxnövçülükdə 10-cu yeri tutub. İdmançımız 70,500 xal toplayıb. 14-cü olan Jalə Piriyeva isə 68,850 xal yığıb. Mükafatları isə rusiyalı idmançılara nəsib olub. Marqarita Mamun qızıl, Yana Kudryavtseva gümüş, Aleksandra Soldatova bürüncə yiyələnib.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib