Beynəlxalq Gimnastika Federasiyası (FİG) bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasının şikayəti üzrə açılan işdə hakimlərin idarəçiliyi araşdırılıb.
Nəticədə 3 ədalət təmsilçisinin səhvləri açıqlanıb. Bunlar Yelena Nefedova, Haydi Bryuneder, Dominik Müller-Lot və Cilberte Canaddadı. Adı çəkilən hakimlər Azərbaycan və Bolqarıstan idmançılarının çıxışları zamanı səhvlərə yol veriblər.
FİG onlara xəbərdarlıq edib və hərəsini 1000 İsveçrə frankı məbləğində cərimələyib.
Qeyd edək ki, Avropa çempionatı iyunun 17-19-da İsrailin Holon şəhərində keçirilib. Yarışda Marina Durunda 7-ci, Jalə Piriyeva 20-ci, qrup hərəkətləri üzrə yığmamız 11-ci yeri tutmuşdu.
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək