Türkiyənin Antalya şəhərində keçirilən klublararası Avropa çempionatına yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G1 kateqoriyalı yarışın son günündə Azərbaycan taekvondoçuları daha 6 medal qazanıblar.
40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda Rionun bürünc mükafatçıları Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (53 kq, hər ikisi “Gilan” İK) yarışın qalibi olub.
Olimpiya çempionumuz Radik İsaev (+87 kq, “Gilan” İK) və Ramin Əzizov (87 kq, “Qafqaz” TK) isə həlledici döyüşdə uduzduqlarından gümüş medalla kifayətlənib.
Daha 3 idmançımız - Yaprak Eriş (57 kq), Fəridə Əzizova (67 kq, hər ikisi “Gilan” İK) və Ceyhun Həsənli (+87 kq, “Savalan” TK) isə yarışı yarımfinal mərhələsində başa vurub.
Beləliklə, Azərbaycan klublarının idmançıları 4 gün davam edən klublararası Avropa çempionatını 31 (9-10-12) medalla başa vurublar. Yarışın nəticəsinə əsasən “Gilan” İdman Klubu bütün yaş kateqoriyaları üzrə ümumi komanda hesabında qitə çempionu adına yiyələnib.
Qeyd edək ki, sabah G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinin startı veriləcək. Milli komandalarımızın üzvləri, habelə bir sıra klublarımız bu yarışda da qüvvələrini sınayacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək