Cüdo üzrə Azərbaycan millisi Bakıda keçiriləcək “Böyük dəbilqə”nin ardınca yenidən ölkəni tərk edəcək. Apasport.az saytının məlumatına görə, yığmamız Qazaxıstanın Almatı şəhərində baş tutacaq Qran-pri turnirinə qatılacaq.
Baş məşqçimiz Peter Zayzenbaher Asiyada 14 idmançını sınaqdan çıxaracaq. O, Rioya lisenziya xalı verəcək yarış üçün Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov, İlkin Babazadə (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Əbdulhaqq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+ 100 kq) və Aişə Qurbanlını (48 kq) sifariş edib.
Qeyd edək ki, mayın 13-15-də keçiriləcək Qran-pridə 98 ölkədən 593 cüdoçunun iştirakı planlaşdırılır.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM