İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna yekun vurulub. Apasport.az xəbər verir ki, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub.
Belə ki, cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.
+90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Adil Kərimli yalnız final görüşündə qələbəni əldən verib və gümüş medala layiq görülüb.
73 kq çəki dərəcəsində çıxış edən Vüsal Şamilov isə 7-ci olub.
Bununla, 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq, Azərbaycan millisi komanda hesabında Avropa kubokunda birinci olub.
Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunurdu.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM