Azərbaycan millisi 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına 2 lisenziya qazanıb. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, yığmamız bu uğura ABŞ-ın Kolorado ştatının Sprinqs şəhərində keçirilən cüdo üzrə dünya çempionatının ilk günündə imza atıb.
Belə ki, komandamızın heyətində Bayram Mustafayevlə (66kq) Ramin Qasımov (73 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüblər. Bu isə onların Paralimpiadaya vəsiqə qazanmaları ilə nəticələnib.
Onlardan fərqli, Səbinə Abdullayeva bu şansı son anda əldən verib. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz finalda uduzduğundan lisenziyaya sahib ola bilməyib və gümüş medalla kifayətlənib.
Qeyd edək ki, mundiala Azərbaycan 12 cüdoçu ilə yollanıb.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib