Cüdo üzrə Azərbaycan millisinin dünya çempionatına yollanacaq heyəti dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov Rusiyanın Çelyabinsk şəhərində baş tutacaq mundialda 9 idmançımıza şans verəcək.
O, kişilərin yarışında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımovı (hər ikisi 100 kq), qadınların mübarizəsində isə Kifayət Qasımovanı (57 kq) sınayacaq.
Qeyd edək ki, avqustun 25-31-də baş tutacaq dünya çempionatı üçün 120 ölkədən 751 cüdoçu (465 kişi, 286 qadın) sifariş olunub.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib