Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu alınıb.
Belə ki, 3 çəki dərəcəsində cüdoçularımız yenə dünyanın ən güclüsüdülər. Bunlar Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımovdu (100 kq).
Həmyerlilərimizdən Nicat Şıxəlizadə (66 kq) və Elxan Məmmədov (100 kq) ilk “5-lik”dəki yerlərini qoruyublar. Onlar müvafiq olaraq, 4-cü və 5-cidi.
Yığmamızın üzvlərindən Tural Səfquliyev (90 kq) və Leyla Əliyeva (48 kq) hərəyə 1 pillə irəli gedib. Səfquliyev 26-cı yerə yüksəldiyi halda, xanım cüdoçumuz 43-cü pilləni ələ keçirib.
Digər idmançılarımıza gəlincə, İlqar Müşkiyev (60 kq) yenə 21-ci,
Tərlan Kərimov (66 kq) 57-ci, Hidayət Heydərov (73 kq) 23-cü, Rüfət İsmayılov (81 kq) 15-ci, Məmmədəli Mehdiyev (90 kq) 11-ci, Uşanqi Kokauri (+100 kq) 18-ci, Xanım Hüseynova (63 kq) 35-ci yerdə qərar tutub.
Cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) isə 2 pillə geriləyib. O, 54-cüdü.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM