İyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının çimərlik voleybolu yarışlarına qatılacaq ölkələrin tam siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkələrin adları Avropa Voleybol Konfederasiyasının (CEV) reytinq cədvəlinə əsasən müəyyənləşib.
Yarışda Azərbaycan təşkilatçı ölkə kimi kişi və qadın voleybolçuların mübarizəsində 2 cütlüklə çıxış edəcək. Ümumilikdə isə 32 qadın və eyni sayda kişi komandasının heyətində 128 voleybolçu yer alacaq.
Çimərlik voleybolu iyunun 16-da başlayacaq və 21-dək davam edəcək. Burada komandalar Rio-de-Janeyro Olimpiadasına vəsiqə üçün reytinq xalları da qazanacaq.
Oyunlar Bayraq Meydanı obyektlər qrupunda yerləşən müvəqqəti idman qurğularındandı. Xəzər dənizi sahilində yerləşən arean çimərlik futbolu zamanı 2 min 900, çimərlik voleybolu yarışında isə 3 min 900 tamaşaçı tutumuna malik olacaq. Bu obyektin tikintisinin martın ortalarında başa çatacağı gözlənilir.
Kişilər: Avstriya (2), Azərbaycan (2), Belarus (1), Çexiya (1), Danimarka (1), Estoniya (1), Fransa (2), Almaniya (2), Böyük Britaniya (1), Yunanıstan (1), İsrail (1), İtaliya (2), Latviya (2), Hollandiya (1), Norveç (2), Polşa (2), Rusiya (2), İspaniya (2), İsveçrə (2), Türkiyə (2).
Qadınlar: Avstriya (2), Azərbaycan (2), Çexiya (2), Finlandiya (2), Fransa (2), Almaniya (2), Yunanıstan (1), İtaliya (2), Litva (1), Hollandiya (2), Norveç (1), Polşa (2), Rusiya (2), Slovakiya (1), İspaniya (2), İsveç (2), İsveçrə (2), Ukrayna (2).
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib