Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi (BCOOC) bir sıra məktəblərdə təhsil proqramı çərçivəsində şagirdlər üçün silsilə tədbirlər həyata keçirir. BCOOC-un mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, layihə çərçivəsində məktəblilərə Azərbaycan və rus dillərində şahmat olimpiadalarının keçirilmə tarixi, əhəmiyyətli faktlar, Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadası haqqında ümumi məlumatların əks olunduğu videoçarx nümayiş etdirilir.
Şagirdlərə Azərbaycanda şahmatın inkişafı və əldə olunan uğurlar barədə məlumat verilir. Tədbirin sonunda şagirdlərlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin nümayəndələri arasında sual-cavab xarakterli müzakirələr aparılır.
Layihəyə Naxçıvandan başlanılıb. Tədbirdə 7 məktəbdən 300-dən artıq şagird iştirak edib.
Qarşıdakı günlərdə paytaxt Bakı ilə yanaşı, Gəncə, Şəmkir və Sumqayıt şəhərlərində də şagirdlərlə görüşlər təşkil olunacaq.
Layihənin əsas məqsədi Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasına olan marağı artırmaq və şahmatda kütləviliyi təmin etməkdi.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı