“Volfsburq”un hücumçusu Mario Qomes yenidən zədələnib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 31 yaşlı forvard Bundesliqanın qarşıdakı turunu buraxa bilər.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla Bakıda keçirilən görüşdə zədə alan Almaniya yığmasının üzvü klubunda tibbi müayinədən keçib. Məlum olub ki, millimizlə qarşılaşmadan öncə yüngül zədəsi olan Qomes eyni nahiyədən xəsarət alıb. Ulduz futbolçu hələ də klubunda fərdi məşqlərlə kifayətlənir.
Həkimlər həm Qomesin, həm də məşqdə zədələnən “Volfsburq”un yarımmüdafiəçisi Daniel Didavinin Bundesliqanın XXVI turunda “Bayer”lə baş tutacaq matçda (2 aprel) iştirakının sual altında olduğunu açıqlayıblar.
Qeyd edək ki, Bundestimin Azərbaycan millisi üzərində 4:1 hesabı ilə qalib gəldiyi görüşdə qonaqların qollarından birinə məhz Mario Qomes imza atıb.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM