I Avropa oyunlarında iştirak edəcək voleybol yığmalarının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həm qadınların, həm də kişilərin yarışında 12 komanda mübarizə aparacaq.
Seçmə yarışlarda reytinq dərəcəsinə görə birinci olan Rusiya da hər iki turnirdə yarışacaq.
Kişilərdən ibarət yarışlarda iştirak üçün seçilən digər komandalar reytinq dərəcəsi ardıcıllığına uyğun olaraq İtaliya, Serbiya, Polşa, Bolqarıstan, Almaniya, Fransa, Finlandiya, Belarus, Slovakiya və Türkiyədi.
Qadınlardan ibarət yarışlarda iştirak üçün seçilən digər komandalara kvalifikasiya dərəcələrinin ardıcıllığına görə Serbiya, İtaliya, Türkiyə, Almaniya, Hollandiya, Polşa, Belçika, Xorvatiya, Bolqarıstan və Rumıniya daxildi.
Qeyd edək ki, 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa oyunlarında voleybol yarışları 16 gün davam edəcək. Ümumilikdə yarışlara 49 ölkədən 6 mindən artıq idmançı ölkəmizə gələcək. Yarışlar 20 idman növündə keçiriləcək.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib