Rusiya yüngül atletləri Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcək
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya yığmasının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılmayacağını təsdiq edib. APA-nın məlumatına görə, bu, BOK-un yaydığı məlumatda əksini tapıb.
Bu barədə qərar bu gün MOK İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Bununla bərabər, Rusiya yüngül atletlərinin Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərarın bu idman sahəsi üzrə beynəlxalq federasiya tərəfindən qəbul ediləcəyi bildirilib. Eyni zamanda BOK Dari Klişnoy istisna ilə, rusiyalı yüngül atletlərin Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini təsdiqləyib, əvvəllər dopinq qəbul edən rusiyalı idmançıların Yay Olimpiya Oyunlarına buraxılmayacağı vurğulayıb.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM